18 C
Baku
16 Mart 2025, 17:23
Baş xəbər

İlham Əliyev ABŞ Dövlət Departamentinin baş müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

Bugun.tv xəbər verir ki, bu barədə president.az saytı məlumat yayıb.

Dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün nəticələrindən məmnunluğunu bildirdi və bu istiqamətdə göstərdiyi davamlı səylərinə görə ABŞ Dövlət katibi Antoni Blinkenə təşəkkürünü ifadə etdi.

Qonaq ABŞ Dövlət katibinin salamlarını Prezident İlham Əliyevə çatdıraraq vurğuladı ki, Antoni Blinken də Münxen görüşünün səmərəli keçdiyi qənaətindədir.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Antoni Blinkenə çatdırmağı xahiş etdi.

Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparıldı.

Nigar Məmmədova

Oxşar xəbərlər

Türkiyədə zəlzələdə ölənlərin sayı 3 381-ə çatdı

Nigar Məmmədova

İnşaat iskələsi çökdü: 3 işçi ağır yaralandı

Bugün TV

Təhlükəsizlik Ümumi Müdirliyi üçün 10 min 102 kadr yaradılması

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu