Baş xəbərSiyasət

İlham Əliyev: Biz Ermənistanla münaqişəni sülh yolu ilə həll etməyə çalışdıq

Biz çox çalışdıq ki, Ermənistanla münaqişəni sülh yolu ilə həll edək.

Bugun.tv  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da “Bu gün dünya: çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

“Münaqişələr iki yolla həll oluna bilər: sülh və qeyri-sülh. Biz Ermənistanla münaqişənin sülh yolu ilə həllinə çox çalışdıq, baxmayaraq ki, Ermənistanın Azərbaycanda işğalı nəticəsində humanitar böhran yaranıb, 1 mln. Azərbaycanlılar evsiz-eşiksiz qalıb, qaçqın və məcburi köçkünə çevriliblər”, – dövlət başçısı vurğulayıb.

O, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını, onları Qarabağdan qovduğunu, bir milyon azərbaycanlının əzab-əziyyətə məruz qaldığını qeyd edib.

“Problemi sülh yolu ilə həll etmək və Ermənistanı BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam, qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə əməl etməyə inandırmaq cəhdlərimizə baxmayaraq, Ermənistan bu qətnamələrə məhəl qoymayıb, beynəlxalq hüquqa və ictimaiyyətə hörmətsizlik nümayiş etdirib”- prezident əlavə edib.

Aynur Camal

Oxşar xəbərlər

Daha bir xüsusi təyinatlı HAQQINI TƏLƏB EDİR… – ““Kamaz”lara daş atıb pul qazanıram…”

Aynur Camal

Emmanuel Makron Ukraynanı dəstəklədiyini bir daha bəyan etdi

Aynur Camal

İlham Əliyev Füzuli şəhərində üçüncü yaşayış kompleksinin təməlini qoyub

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu