Baş xəbər

İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç ilə görüşüb.

Söhbət zamanı Prezident İlham Əliyevin Jelka Tsviyanoviçlə görüşləri məmnunluqla xatırlanıb, ölkələrimiz arasında münasibətlərin genişlənməsi qeyd edilib, və həmçinin müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Jelka Tsviyanoviç ənənəvi olaraq keçirilən Qlobal Bakı Forumunda bir neçə dəfə iştirak etdiyini bildirib.

Görüşdə XIII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirin yüksək səviyyədə təşkil olunduğu qeyd edildi. Forumda həmişə olduğu kimi bu dəfə də, xüsusilə dünyada hazırkı vəziyyət fonunda çox aktual qlobal məsələlərin müzakirə edildiyi vurğulanıb.

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı kimi yad olunur

Aynur Camal

Ceyhun Məmmədov 9 May münasibətilə paylaşım edib

Aynur Camal

Bu gün tarixi qələbənin ildönümü qeyd olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu