İlham Əliyev
Baş xəbər

İlham Əliyev Çin dövlətinə başsağlığı verdi

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə:

“Hörmətli cənab Sədr, Sidzan Muxtar Rayonunun Şiqatse şəhərində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 yanvar 2025-ci il

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

258 milyon manat Naxçıvanda hansı layihələrə xərclənəcək?

Aynur Camal

Aynur Camal

Vüqar Bayramov: Naxçıvan sahibkarları 10 il müddətinə bir sıra vergilərdən azad ediləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu