27 C
Baku
23 İyul 2025, 1:06
Baş xəbər

İlham Əliyev Çin dövlətinə başsağlığı verdi

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə:

“Hörmətli cənab Sədr, Sidzan Muxtar Rayonunun Şiqatse şəhərində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 yanvar 2025-ci il

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Tural İsmayılov: “Azərbaycan-Pakistan əməkdaşlığı hər baxımdan xüsusi əhəmiyyətə malikdir”

Nigar Məmmədova

Dünya liderləri Cənubi Amerikada keçiriləcək iki böyük sammitdə iştirak edəcək

Aynur Camal

NATO-nun Krıma istənilən müdaxiləsi III Dünya Müharibəsinə səbəb ola bilər

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu