Image default
Baş xəbərSiyasət

İlham Əliyev Fələstinin Baş naziri Məhəmməd Mustafanı qəbul etdi

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib.

Dövlət başçısı Baş nazirin Azərbaycana səfərinin iki ölkə arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev Azərbaycanın paytaxtı Şərqi Qüds olmaqla müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini bir daha vurğulayıb.

Məhəmməd Mustafa isə Fələstin Prezidenti Mahmud Abbasın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə təşəkkür edərək, öz salamlarını da Mahmud Abbasa çatdırmağı xahiş edib və onun Azərbaycana səfərlərini, eləcə də beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşləri məmnunluqla xatırladığını bildirib.

Görüşdə Fələstində mövcud humanitar vəziyyət, Azərbaycanın bu ölkəyə göstərdiyi dəstək, o cümlədən humanitar yardım və məktəb tikintisi layihəsi müzakirə olunub. Baş nazir Azərbaycanın Fələstinə göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Söhbət zamanı Ramallah şəhərində Azərbaycanın Təmsilçilik Ofisinin açılması, Fələstinin Azərbaycandakı səfirliyinin fəaliyyət xərclərinin ölkəmiz tərəfindən qarşılanması, həmçinin Azərbaycanın müxtəlif beynəlxalq platformalar və BMT-nin UNRWA agentliyi vasitəsilə Fələstinə göstərdiyi yardımlar qeyd olunub.

Tərəflər, həmçinin “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində fələstinli tələbələrin Azərbaycanda təhsil almasını yüksək qiymətləndirib, Fələstənin bəzi kənd təsərrüfatı məhsullarının güzəştli şərtlərlə Azərbaycana ixracı məsələsini və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

Mənbə: prezident.az

Aynur Camal

Oxşar xəbərlər

Deputat Ceyhun Məmmədov: Azərbaycan–Fələstin münasibətləri strateji əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur

Aynur Camal

The Guardian: Zelenskinin müdafiə nazirini vəzifədən uzaqlaşdırması Ukraynada və Qərbdə narahatlıq yaratdı

Aynur Camal

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Ermənistanın TRİPP layihəsini təsdiqləməsi Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm mərhələdir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu