31 C
Baku
21 İyul 2025, 11:51
Baş xəbər

İlham Əliyev türk dövlətlərinin başçılarını Qarabağ və Şərqi Zəngəzura dəvət etdi

Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlamışıq”. 

Bu sözləri Prezident İlham Əliyev Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu prosesdə Türkiyə şirkətləri podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirak edirlər:

“Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib. Şuşada, Füzulidə, Zəngilanda, Cəbrayılda olub. Mən digər türk dövlətlərinin başçılarını da Qarabağ və Şərqi Zəngəzura dəvət edirəm. 

Fürsətdən istifadə edərək, mən işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikiləcək məktəbə və Qazaxıstan tərəfindən tikiləcək yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm”.

Nigar Məmmədova

Oxşar xəbərlər

İqtisadi islahatların müsbət nəticələri

İntizar Əmirova

Yanan fərdi ev yararsız hala düşdü

Bugün TV

XİN: “200-dən çox azərbaycan vətəndaşı Türkiyənin zəlzələ bölgəsindən təxliyə edilib”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu