Bu barədə Bugun.tv-yə tanınmış astroloq, enerji uzmanı, Fen Şuy elminin araşdırmaçısı Məryəm Teymur məlumat verib. Onun sözlərinə görə, bu gün eramızda yeni dövr başlayır. Noyabrın 11-i 11-ci ay, saat 11:11-də Günəş və Venera Əqrəb bürcündə olub. “Bununla da transformasiya enerjisinin güclü silkələnməsi, böyük imkanların maqnit cazibəsi yaranıb”.
Bununla da insanlarda istənilən vəziyyəti öz xeyrinə dəyişmək imkanı yaranıb.
Bunu da medium Məryəm Teymur deyib.Onun sözlərinə görə, göstərilən saatda sevgi və sərvət arzulamağın əsl vaxtıdır. Bunun üçün bolluq rəmzi olan 222222 rəqəmini bir kağıza yazmaq lazımdır. Daha sonra üçüncü çakranın (mədəaltı vəz) üzərinə qoyaraq, qırmızı rəngli şamı yandırıb 22 dəfə saat əqrəbi istiqamətində hərəkət etdirib söndürməlisiz. Bundan başqa 12 rəngli şam yandırmaq da tövsiyə olunur. Metafizik bildirir ki, bunlara əməl edən insan enerji vasitəsi ilə öz arzu və istəklərini kainata ötürmüş olacaq.
Qeyd edək ki, göstərilən qayda gecə saat 22:22 üçün də keçərlidir.
- Şərhlər
- Facebook şərhləri