Mədəniyyət

İlin ən gözlənilən türk filmi “Park Cinema”da – VİDEO

Bugun.tv xəbər verir ki,gənc yaşlarında dünyasını dəyişən Türkiyə rok sənətçisi Barış Akarsunun həyatından bəhs edən “Barış Akarsu Merhaba” filmi noyabrın 17-də tamaşaçılara təqdim olunacaq. Biletlər artıq www.parkcinema.az saytında satışdadır.

Filmin aktyor heyətində İsmail Ege Şaşmaz, Almila Ada, Şafak Pekdemir, Burak Satıbol, Ebru Nil Aydın, Aslıhan Kapanşahin, Metin Coşkun və Hüseyin Avni Danyal kimi adlar yer alacaq. Aktyor İsmail Ege Şaşmaz Barış Akarsuya həyat verəcək.

Fikri Harika Production və Aytaç Media tərəfindən istehsal olunan film Türkiyə ilə yanaşı daha 23 ölkədə yayımlanacaq. Filmin ssenari müəllifi Mert Dikmen və Can Anardır.

Həmçinin Barış Akarsunun sağ ikən yazıb amma tamamlaya bilmədiyi mahnısı “Merhaba” İsmail Ege Şaşmaz tərəfindən ifa olunub film ilə bərabər tamaşaçılara təqdim olunacaq. “Merhaba” mahnısından əldə olunan gəlir Akarsunun sağlığında da dəstək verdiyi Leykemiya xəstəliyi ilə mübarizə aparan uşaqların müalicəsi üçün bağışlanacaq.

Azərbaycan tamaşaçıları filmi Park Cinema kinoteatrlar şəbəkəsinin Park Bulvar, Metro Park, Alov Qüllələri, Aygün Mall və Zagulba Mall-da izləyə biləcəklər.

Biletləri əldə etmək üçün www.parkcinema.az saytına keçid edə bilərsiniz.

Bugün TV

Oxşar xəbərlər

Kinorejissor Faiq Nağıyev ARKA-nın fəaliyyətindən narazıdır: “Nə vaxta qədər eyni adamlara vəsait ayrılacaq?”

Elnarə Dərziyeva

Rusiyada keçiriləcək “Torpağın Duzu” festivalında BRICS ölkələrinin filmləri nümayiş olunacaq

Aynur Camal

Azərbaycan Mədəniyyəti platforması “Şuşadan Dünyaya” layihəsində uğurla çıxış etdi

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu