24 C
Baku
25 Sentyabr 2026, 20:12
Baş xəbərDünya

İlin sonunadək Gürcüstanın xarici dövlət borcu 8,8 milyard dollara çatacaq

Cari ilin sonunda Gürcüstanın xarici dövlət borcunun həcmi 23,7 milyard lari (8,8 milyard dollar) təşkil edəcək. Gürcüstan bu vəsaitin böyük hissəsini beynəlxalq banklara borclu olacaq.

Bugun.tv xəbər verir ki, bu barədə məlumat Gürcüstanın 2024-cü il dövləti büdcəsində yer alıb.

Bildirilib ki, bu borcun 17 180,8 milyon larisi banklara olacaq.

Ölkənin ən çox borcu Asiya İnkişaf Bankına (6 066,5 milyon lari), Dünya Bankına (5 995 milyon lari) və Avropa İnvestisiya Bankınadır (2 974,8 milyon lari).

Gürcüstanın beynəlxalq banklara olan borcları ilə yanaşı, 14 ölkəyə də 4,227 milyon lari borcu var.

Gürcüstanın kreditorları arasında Fransa, Almaniya, Azərbaycan, Avstriya, Yaponiya, Türkmənistan və Rusiya da yer alır.

Bugün TV

Oxşar xəbərlər

Kolumbiya İranla diplomatik əlaqələri kəsdi

Aynur Camal

Tramp və Şi arasında görüşdən sonra ABŞ-da dövlət yeməyi keçirildi

Aynur Camal

Fransa Səudiyyə Ərəbistanındakı neft obyektini qorumaq üçün hərbçi göndərir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu