İdman

İlk dəfə Xankəndi – Bakı ultra marafonu keçiriləcək

Bugun.tv xəbər verir ki, Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 29-da Xankəndi şəhərindən start götürəcək ultra marafon iştirakçıları 360 kilometr məsafə qət edərək finişə Bakıda çatacaqlar.

Nazirliyin Azərbaycan Atletika Federasiyası ilə birgə təşkil edəcəyi yarış “İdman həftəsi” və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilir.

Ultra marafon iştirakçıları Xankəndi – Yevlax (83 kilometr), Yevlax – Ucar (84 kilometr), Ucar – Hacıqabul (88 kilometr), Hacıqabul – Qobustan (70 kilometr) və Qobustan – Bakı (55 kilometr) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

“Qürurla irəli” şüarı ilə keçiriləcək ultra marafonda 18 yaşdan yuxarı hər kəs iştirak edə bilər.

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Şahmat Federasiyası Asiya Şahmat Federasiyasına üzv oldu

Nigar Məmmədova

“Napoli”nin koreyalı mərkəz müdafiəçisi Münhen klubuna keçir

Nigar Məmmədova

Başakşehir “İstanbulspor”u darmadağın etdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu