28 C
Baku
27 İyul 2024, 13:07
Baş xəbərDünya

İlk ekransız noutbuk – Spacetop artıq satışda

Bugun.tv xəbər verir ki, İsrail şirkəti fiziki ekranı olmayan və yalnız AR eynəkləri ilə baxıla bilən noutbuk istehsal edib.

Belə ki, Təl-Əvivdə 61 milyon dollar kapitala malik startap olan Sightful noutbuk dizaynını tamamilə dəyişdirəcək məhsul hazırlayıb. Məlumat Spacetop-un rəsmi internet səhifəsində yayımlanıb.

İsrail şirkəti fiziki ekranı olmayan və yalnız AR eynəkləri ilə görülə bilən Spacetop adlı noutbuku artıq təqdim edib. Bəs Spacetop nə təklif edir?
Ekranı bir kənara qoysaq, Spacetop modelinin alt hissəsinin klassik noutbuklardan çox fərqli olduğunu deyə bilmərik.

Sensor panel, klaviatura, barmaq izi skaneri və portlarla təchiz edilmiş plastik korpusa malik kompüterdə baş izləmək üçün xüsusi sensorlar var. Noutbukların kiçik ekranından bezmisinizsə, Spacetop sizin üçün vazkeçilməz ola bilər. Çünki eynək taxdığınız zaman qarşınıza nəhəng 100 düymlük ekran çıxır.

Spacetop-un ən böyük üstünlüyü odur ki, nə etdiyinizi sizdən başqa heç kim görə bilməyəcək.

Bu səbəbdən istifadəçilər məxfilikdən narahat olmadan kompüterdən istədikləri yerdə istifadə edə biləcəklər.

Kompüterin texniki xüsusiyyətləri aşağıdakılardır:

Prosessor: Qualcomm Snapdragon 865 – Kryo 585 səkkiz nüvəli, 3,1 GHz
Qrafika: Adreno 650
RAM: 8 GB
Yaddaş: 256 GB
Batareyanın ömrü: Təxminən 5 saat
Girişlər: 2x USB C (3.0)
Veb kamera 5MP, 2560×1920
Əməliyyat sistemi: Spacetop OS (Android Açıq Mənbə)

Qiymət: 2,150 dollar

Teymur Əziz

Oxşar xəbərlər

Ötən gün 85 yanğın baş verdi

Bugün TV

Prezident İlham Əliyev Bərdə-Ağdam avtomobil yolunda görülən işlərin gedişi ilə tanış olub

Bugün TV

Naftalanda narkotik yetişdirən şəxs saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu