11 C
Baku
24 Yanvar 2025, 13:31
Baş xəbərKriminal

İlkin Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edildi – VİDEO

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bugun.tv-nin məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, İ.Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, prokuror çıxışında İ.Süleymanovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İ.Süleymanov son sözündə ittihamları qəbul etmədiyini söyləmiş və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdi.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Nigar Məmmədova

Oxşar xəbərlər

Müasir Azərbaycan tarixi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Aynur Camal

Meşə yanğınlarının yaşayış məntəqələrinə keçmə ehtimalı var

Teymur Əziz

Bu ölkədə iki nazir itkin düşdü! Onlar haradadır?

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu