27 C
Baku
28 İyun 2025, 10:09
Baş xəbərSiyasət

“İlkin tibbi-sanitariya yardımı” mövzusunda tədbir keçirildi

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı Fatma Yıldırım Bərdə rayonunda keçirilən Milli Məclisin Səhiyyə komitəsinin səyyar iclasında iştirak edib.

Deputat sosial media hesabında öz seçicilərinə bu iclas haqqında məlumat verib.

O qeyd edib ki, “İlkin tibbi-sanitariya yardımı: mövcud vəziyyət, çağırışlar və imkanlar” mövzusunda keçirlən tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin Səhiyyə komitəsinin üzvləri olan deputat həmkarlarım, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov iştirak ediblər.

Çıxışı zamanı Fatma Yıldırım qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində reallaşdırılan islahatların əsasında da məhz vətəndaş amili dayanır. Bu sahədə müəyyən edilmiş proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatının və müalicəsinin, regionlarda tibb müəssisələrinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir.

Aynur Camal

Oxşar xəbərlər

“Modul tipli sığınacaqlar hələ də verilməyib”

Aynur Camal

Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib – VİDEO

Aynur Camal

Valideynlər yeniyetmələrin erkən məşğulluğunu getdikcə daha çox dəstəkləyirlər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu