Baş xəbərİqtisadiyyat

“İmarət” stadionunun tikilib istifadəyə veriləcəyi tarix bəlli olub

Ağdamın “İmarət” stadionu (futbol məktəbi, “Qarabağ” futbol klubu üçün köməkçi idman təsisatları ilə birgə) 2023-2026-cı illərdə tikilib istifadəyə veriləcək.

Bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, arenanın layihələndirilməsini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcək. Tikintiyə nəzarət isə Gənclər İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən ediləcək.

Tikintinin yekunlaşdırılması və kompleksin istifadəyə verilməsi 2026-cı ildə nəzərdə tutulub.

Bugün TV

Oxşar xəbərlər

İki xalqın qəhrəmanlıq simvolu – Albert Aqarunovun əbədiyaşar salnaməsi – FOTOLAR

Aynur Camal

Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı kimi yad olunur

Aynur Camal

Ceyhun Məmmədov 9 May münasibətilə paylaşım edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu