Yunanıstanın Samos adasının sahillərində nizamsız miqrantları daşıyan şişmə qayıq batıb. Dəhşətli hadisədə Yunanıstanın Samos adasında şişmə qayığın batması nəticəsində 4 nəfər həyatını itirib.
Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərinə görə, Samos adası sahillərində qeyri-qanuni mühacirləri daşıyan şişmə qayıq naməlum səbəbdən batıb.
Qayıqda olan 5 nizamsız immiqrant sahilə çıxıb.
Adada aparılan axtarışlar zamanı Drakaioi bölgəsində hələ də qeydiyyatdan keçməmiş 21 qeyri-qanuni mühacir aşkar edilib.
Quruda tapılan 21 qeyri-qanuni immiqrantın batan qayıqdan sahilə çıxan qeyri-qanuni mühacir olub-olmadığı araşdırılır.
Batan qayıqdan sağ çıxan nizamsız miqrantların ifadələrinə görə, Yunanıstana çatmaq üçün yola çıxan gəmidə 36 nəfərin olduğu təxmin edilir.
Mənbə: Haber Global