Baş xəbərDünya

İmmunitet sistemini gücləndirmək üçün qeyri-adi bir üsul

İmmunoloq Andrey Prodeus “Sağlam yaşa!” verilişinin efirində danışıb. Həkim izah edib ki, Yaponiyada elmi araşdırma aparılıb və nəticədə gün ərzində uzanmaq və ya yüngül gimnastika, əsasən də dartınmaq immuniteti artıran fəaliyyətlərdən hesab olunub. Dartınma zamanı A tipli anticisimlərin ifrazı artır. Və onlar selikli qişaların toxunulmazlığından məsuldurlar və bizə pis patogenləri bədənimizdən atmağa kömək edirlər” deyə Prodeus deyib.

O, əlavə edib ki, uzanan, gərilən (dartınan) birinin xəstələnmə riski bu cür fiziki fəaliyyətlə məşğul olmayanlara nisbətən daha azdır.

Həmçinin vücud immunitetini qorumaq üçün həkim qida rasionuna almanı daxil etməyə çağırıb, çünki onların tərkibində leykositlərin – virus və bakteriyaları məhv edən hüceyrələrin fəaliyyətini yaxşılaşdıran maddələr var.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Aİ-də süni intellektlə yaradılan məzmuna etiket məcburi olacaq

Aynur Camal

15 fil öldü, sianid zəhərlənməsi ilə əlaqələndirilir

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan–Qırğızıstan arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu