25 C
Baku
20 İyul 2025, 7:52
Baş xəbərSəhiyyə

“İmmunlaşdırma həftəsi” keçiriləcək

Azərbaycanın səhiyyə naziri Teymur Musayev 24–29 aprel tarixlərində respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçirilməsi ilə bağlı əmr imzalayıb.

Bugun.tv-nin Səhiyyə Nazirliyindən əldə etdiyi məlumata əsasən, məqsəd “İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili edilməsidir.

Xatırladaq ki, ilk tədbir 2006-cı ildən etibarən Avropa regionunda Əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü keçirilir.

Əmrə əsasən, respublikanın bütün şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan rayonlarda monitorinqlərin keçirilməsi, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili nəzərdə tutulur.

Bundan əlavə, immunlaşdırma həftəsi çərçivəsində ÜST-nin dəstəyi ilə bir sıra rayonlarda maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub. Həmçinin, respublikanın tibb idarə və müəssisələrində əhaliyə paylanması üçün müxtəlif mövzularda poster və yaddaş vərəqələri hazırlanıb.

Aynur Camal

Oxşar xəbərlər

Helikopterin atəşi nəticəsində ölən koalalar: Yüzlərlə bala tək qaldı

Aynur Camal

Moskvada ən isti gecə rekordu yenilənib

Kəmalə Sultan

Bu gün Tarixi abidələrin mühafizəsi günüdür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu