16 C
Baku
28 Mart 2024, 14:28
Baş xəbərDünya

İmran Xan paytaxt İslamabadda həbs edildi

Pakistanın keçmiş baş naziri İmran Xan paytaxt İslamabadda hərbiləşdirilmiş qoşunlar tərəfindən həbs edilib.
Bugun.tv xəbər verir ki, bu barədə yerli mətbuatda yayılan məlumatlarda bildirilib.

Pakistan Ədalət Hərəkatı Partiyasının ( PTI) lideri İmran Xan ona qarşı məhkəmə iclaslarında iştirak etmək üçün Lahordan İslamabada gəlib. O, İslamabad Ali Məhkəməsi qarşısında hərbiləşdirilmiş birləşmələr tərəfindən həbs edilib.

PTI hüquqşünaslarından olan Faisal Çaudri faktı təsdiqləyib.

İmran Xanın niyə həbs olunduğu hələ də aydın deyil. Ona qarşı 90-dan çox iddia qaldırılıb.

Qeyd edək ki, İmran Xan mayın 7-də verdiyi açıqlamada ona qarşı sui-qəsdin arxasında baş nazir Şahbaz Şərif, daxili işlər naziri Rana Sanaullah və Xidmətlərarası Kəşfiyyat (İŞİ) rəis müavini general-mayor Faysal Nasirin dayandığına dair iddialarını davam etdirib.

Mənbə: TRT haber

Nigar Məmmədova

Oxşar xəbərlər

BMT tərəfindən Kipr üzrə şəxsi nümayəndə təyin edildi

İntizar Əmirova

Meteorologiyadan fırtına xəbərdarlığı

İntizar Əmirova

Dostunu çubuqla öldürüb, 3 il pensiyasını çıxardı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu