8 C
Baku
12 Dekabr 2024, 8:47
Dünya

İmran Xanın 10 illik həbs cəzası ləğv edilib, o, həbsdən çıxa bilər

Pakistanda keçmiş baş nazir İmran Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi “dövlət sirlərini açıqlamaq” ittihamı ilə mühakimə olunduqları işdə təqsirli bilinməyiblər. Pakistanda məhkəmə keçmiş baş nazir İmran Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşi “dövlət sirlərini açıqlamaq” ittihamı ilə mühakimə olunduqları işdə təqsirli bilməyib. Məhkəmə Xan və Qureşi təqsirsiz bilib və onlara verilən 10 illik həbs cəzasını ləğv edib.

Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) lideri Gohar Ali Xan məsələ ilə bağlı verdiyi açıqlamada, İmran Xana qarşı əsassız ittihamların bu gün yekunlaşdığını və keçmiş baş nazirin sözügedən işə görə 10 aydır həbsdə olduğunu bildirib.

Gohar Ali Xan İmran Xanın tezliklə həbsdən çıxacağını iddia edib. Həyat yoldaşı Büşra Bibi ilə qeyri-qanuni evliliyə görə 7 il həbs cəzası alan İmran Xan həbsdə qalmağa davam edəcək.

İmran Xan mühakimə olunduğu işlərə görə 2023-cü il avqustun 5-dən həbsdədir.

ABŞ-ın “The Intercept” xəbər saytı 2022-ci il martın 7-də Pakistanın keçmiş ABŞ səfiri Əsəd Məcid Xan ilə ABŞ Dövlət Departamentinin iki rəsmisi arasında keçirildiyi iddia edilən gizli görüşün sənədinə daxil olduğunu iddia edib.

Pakistan hökumətinə aid olduğu iddia edilən və görüşün məzmununu ehtiva edən sənədə əsaslanan xəbərə görə, ABŞ tərəfi Pakistanın keçmiş baş naziri Xanın Rusiya-Ukrayna müharibəsindəki neytral münasibətindən narahatlığını keçmiş səfir Məcidə çatdırıb.

İclasda iştirak edən ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya Məsələləri Bürosundan məsul keçmiş müavini Donald Lu, Xanın əleyhinə etimad səsverməsinin qəbul ediləcəyi təqdirdə Vaşinqtonla İslamabad arasında daha isti münasibətlər quracağına söz verib və “Mən Baş nazirə qarşı etimad səsverməsinin uğurlu alınacağını düşünürəm, “Hər şey bağışlanacaq, çünki Rusiyaya səfər baş nazirin qərarı kimi görülür. Düzünü desəm, baş nazirin ABŞ və Avropadan təcrid olunmasının güclü olacağını düşünürəm” fikrini bölüşdü.

İclasın keçirildiyi deyilən 2022-ci il martın 7-dən bir gün sonra Pakistandakı müxalifət partiyaları keçmiş baş nazir İmran Xana qarşı etimad səsverməsini Milli Assambleya sədrinin katibliyinə təqdim ediblər.

Sözügedən görüşdən bir ay sonra İmran Xan hökuməti 2022-ci il aprelin 10-da Pakistan parlamentində keçirilən etimad səsverməsində 174 “yox” səsi alaraq süqut etdi.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Rotterdamın qəlbində sörfinq imkanı VİDEO

Aynur Camal

Tesla 2 milyona yaxın avtomobili geri çağıracaq

Teymur Əziz

“Biz Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyirik”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu