DünyaHadisə

İmran Xanın tərəfdarları ilə polis arasında qarşıdurma baş verdi

Bugun.tv xəbər verir ki, İmran Xanın tərəfdarları və polis arasında qarşıdurma baş verib. Sülh asayişçiləri Xanın Lahordakı evinin qarşısındakı izdihama qarşı  gözyaşardıcı qazdan istifadə edib. Onlar isə polisə daş və çubuqlar atmaqla cavab veriblər.

Xatırladaq ki, Xan baş nazir olduğu illərdə xarici dövlət məmurları tərəfindən verilən rəsmi hədiyyələri satmaqda ittiham olunur. Buna görə də məhkəmə onun haqqında həbs orderi çıxarıb.

Qərardan sonra Ədalət Hərəkatı Partiyasının üzvləri Xanın evinin qarşısına toplaşaraq, ona dəstək olmağa başlayıb. Tərəfdarlar başqa şəhərlərdə də küçələrə axışıblar. Onlar liderin günahsız olduğunu əks etdirən şüarlar səsləndiriblər.

Bugün TV

Oxşar xəbərlər

Aİ-nin yeni miqrasiya və sığınacaq qaydaları qüvvəyə mindi

Aynur Camal

Qəzzanın ilk qadın amputant futbol komandası bütün çətinliklərə baxmayaraq arzularının ardınca gedir

Aynur Camal

Qəbələdə 5,1 bal gücündə zəlzələ baş verib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu