Son günlər məktəblilərin imtahan və valideynlərin bağlı narahatlıqları sosial şəbəkələrin gündəm mövzusudur. Elə buna görə də, Bugun.tv olaraq psixoloq, refleksoloq Fazilə Camalovaya məsləhət və tövsiyə xarakterli suallar ünvanladıq.
-Fazilə xanım, son zamanlar şagird və valideynləri narahat edən məsələ imtahan həyəcanıdır. Bu haqda geniş məlumat verməyinizi istərdik.
– İmtahan həyəcanı şagird və tələbələrin, onların ailələrinin qorxulu yuxularından biridir. Şagird və tələbələrin imtahandan kəsilməsinə və ya kifayət qədər çox çalışmasına mane olan narahatlığı imtahandan əvvəl və ya sonra yaranır. Narahatlıq və diskomfort halı kimi də ifadə oluna bilən bu vəziyyət insanın psixologiyası ilə bağlı bir vəziyyətdir. İnsanlarda emosional və ya fiziki sınaq narahatlığı müəyyən səviyyədədirsə, bu, normal sayılır və hətta bu müsbət hal sayılır. Bunun səbəbi bu narahatlığın şagirdi həvəsləndirmək və aktivləşdirmək təsirinin olmasıdır. Ancaq həddindən artıq həyəcan uğursuzluğa səbəb ola bilər. Bunun üçün şagird və tələbənin əzmi və istəyindən asılı olaraq mümkün olan imtahan həyəcanını aradan qaldırmaq lazımdır.
– İmtahan narahatlığına necə qalib gəlmək olar?
– İmtahan narahatlığını aradan qaldırmaq üçün edilə biləcək ilk işlərdən biri həkimdən dəstək almaqdır. Bu sahədə xidmət göstərən psixoloqlar və ya terapevtlər bəzi terapiya üsullarını tətbiq edirlər ki, tələbə lazımsız stressi aradan qaldırsın. Bundan əlavə, şagird və tələbələrin tətbiq edəcəyi bəzi üsullar da bu vəziyyətdən çıxmağa kömək edir. İmtahan narahatlığının öhdəsindən gəlmək istəyənlər dərslərini gecikdirməmələri, vaxtlarını və öyrənməli olduqları fənləri planlaşdırmamaları, real olmayan neqativ düşüncələrdən qurtulmaları, özlərinə qarşı ümid bəsləmələri, keçmişə deyil, uğurlara diqqət etmələri tövsiyə olunur.
– Şagird və tələbələrdə imtahan həyəcanının formalaşmasına təsir edən mənfi düşüncələr hansılardır?
-“İmtahana hazır deyiləm”, “Bu məlumat çox lazımsız və maraqsızdır. Ondan harada və nə vaxt istifadə edəcəyəm?” “İmtahanlar niyə keçirilir, nəyə ehtiyac var? “Bu məlumatın gələcəkdə mənə heç bir faydası olmayacaq”, “İmtahana hazırlaşmaq üçün vaxtım yoxdur”, “Mən bu mövzuları başa düşə bilmirəm, yaddaşımda heç nə qalmır”, “Onsuz da bu mövzuları başa düşmürəm. Bilirəm, bu imtahanda uğur qazana bilməyəcəyəm. İmtahan pis olacaq”, “Mövzular çoxdur, hansına hazırlaşmalıyam?” bunlar tez-tez müşahidə olunan mənfi avtomatik düşüncələrdir. Uzaq olmalarını tövsiyə edirəm.
– Alternativ mülahizələr hansılardır?
-“Mən nə etməliyəm?”, “Əlimdən gələnin ən yaxşısını edə bilərəmmi?”, “Ən pis nə ola bilər?”, “Düzdür, kifayət qədər vaxtım yoxdur, amma bu vaxtdan necə ən səmərəli istifadə edə bilərəm?”, “Bütün dərsləri öyrənə bilməsəm də, vacib hissələrə üstünlük verərək imtahana hazırlaşa bilərəm. Ən azından bu bölmələrdən xal qazanacağam”, “Uğur qazansam, həyatımda mühüm dönüş nöqtəsini keçəcəyəm”, “Uğursuzluq mənim tənbəl və ya bacarıqsız olduğum anlamına gəlmir. Bu o deməkdir ki, mən daha çox çalışmalıyam”, “Vaxtımı öz xeyrim üçün istifadə etmək mənə bağlıdır” və s. kimi müsbət və pozitiv düşüncələr narahatlığı aradan qaldırmaq üçün inkişaf etdirilə bilən alternativ düşüncələrdir.
– Fazilə xanım, imtahan narahatlığının öhdəsindən gəlməyin yolları hansılardır?
– Düşüncə və inancları sorğu-sual etmək, real olmayan düşüncə vərdişlərini fərqli aspektdən yenidən qiymətləndirmək, nəfəs alma və istirahət məşqləri, narahatlığı yatırtmaq əvəzinə onu qəbul edib tanımağa çalışmaq, düşüncə texnikasını dayandırmaq, diqqətinizi digər məqamlara yönəltmək mübarizə üsullarıdır.
– İmtahan zamanı nə etmək lazımdır?
-Mənfi düşüncələr üçün alternativ izahatlar gətirmək, nəzarətdə olduğunuzu xatırlatmaq, cavablandırıla biləcək suallardan başlamaq, narahatlığı azaltmaq üçün üsullardan istifadə etmək (sürətli istirahət, diqqəti artırma üsulları, nəzarətli nəfəs alma təcrübəsi) edilə biləcək fəaliyyətlərdən bəziləridir. Özünü mükafatlandıran, zövq verən fəaliyyətlər, çatışmazlıqlar haqqında düşünmək və planlaşdırıla bilən gələcəyə yönəlmiş fəaliyyətləri nəzərdən keçirmək daha məsləhətə uyğundur. Ən vacibi isə imtahan narahatlığı ilə ailə arasında hansı əlaqələrin olmasıdır. İmtahanın ailə üçün mənası, onların bu sınağa münasibəti, yanaşmaları önəmlidir.
– Valideynlərə nə tövsiyə edərdiz?
-Ailələr tez-tez öz narahatlıqlarını uşaqlarına əks etdirirlər. Onların uşaqdan böyük gözləntiləri, təfərrüatlarla həddindən artıq məşğul olmalar, imtahanı bir vasitə kimi yox, bir son kimi görmələri düzgün deyil. Ailələr imtahanda iştirak edən övladlarına güvən və məsuliyyət verməli, qayğı göstərməli və müsbət rəy bildirməlidirlər. İmtahan haqqında danışarkən diqqətli, realist olmalı, həmyaşıdları ilə müqayisədən çəkinməlidirlər. Hissləri və düşüncələri bölüşmək, empatiya vacibdir. İmtahanı tərifləməmək, ölüm-dirim problemi yaratmamaq, ruhlandırıcı hərəkətlər etmək tövsiyə olunur. Uşaqları qeyd-şərtsiz sevmək lazımdır. Ailə üzvləri uyğun örnək olmalı, uyğun ailə mühiti təmin etməli və problemlərin həlli üçün münasib davranışları inkişaf etdirməlidirlər. Unudulmaması gərəkən ən vacib məqam isə odur ki, siz övladınıza uğur arzu edərkən onu nə qədər çox sevdiyinizi, nəticələr nə olur olsun, hər zamanda çox sevəcəyinzi və yanında olacağınızı hiss etdirməkdir.