23 C
Baku
10 İyun 2025, 1:05
Digər

“İnanıram” tamaşasının premyerası olub.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşasının premyerası olub. Yeni tamaşa müharibədə yeganə oğlunu itirmiş qadından bəhs edir.

 Qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən, yamacda təkbaşına boy atmaqda olan bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bir bağ yaranır. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. O, həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən, anasının çox bəhs etdiyi ağacı tanımadan şəhid olur. Artıq qadının bu dünyada sadəcə bir sığınacağı var – yamacdakı tək ağac… Son dəfə ağacı görmək və məhz burada intihar etmək üçün qadın işğaldan azad olunmuş yamaca qayıdır.

Tamaşa vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və şəhid analarına həsr edilib. 

Yazıçı-dramaturq Ülviyyə Heydərovanın “İnanıram” monopyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Sona Mustafayevadır. Səhnə əsərində ana obrazını teatrın istedadlı aktrisası Zemfira Əbdülsəmədova canlandırır.

Xatırladaq ki,tamaşa 2022 – ci ildə Mədəniyyət Nazirliyi və “teatro.az” sənət portalının Şuşa ilinə həsr olunan ll “4.4 Qısa Tamaşalar Festivalında nümayiş etdirilərək, ikinci yerə layiq görülüb.

Oxşar xəbərlər

Yüksək xolesterol demensiyaya səbəb ola bilər-ARAŞDIRMA

Nigar Məmmədova

Gənclər Günü Xəzər rayonunda da qeyd olunub

Nigar Məmmədova

Yücel Karauz: “Xocalı nə ilkdir, nə də son… “

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu