22 C
Baku
19 Aprel 2024, 12:17
Digər

Türkiyədə təhsil almaq istəyənlərin nəzərinə!

“Türkiyə bursları” təqaüd proqramına müraciətlər davam edir. Bugun.tv-yə bu barədə Bakı Yunus Əmrə İnstitutunun direktoru Səlçuk Karakılıç məlumat verib. Onun sözlərinə görə, Türkiyədə təhsil almaq istəyənlər 20 fevral tarixinədək “Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı” internet saytı (https://tbbs.turkiyeburslari.gov.tr) vasitəsi ilə müraciət edə bilərlər. Bunun üçün əvvəlcə  https://www.turkiyeburslari.gov.tr/5adimdabasvuru səhifəsinə baxıb, tələb olunan sənədləri toplamaq lazımdır.

“Türkiyə bursları” təqaüd proqramı dünyanın hər yerindən gələn tələbələrə Türkiyənin ən nüfuzlu universitetlərində təqaüdlə təhsil almaq imkanı təqdim edir.

“Türkiyə Bursları universitet, ixtisas seçimi, yerləşdirmə, aylıq təqaüdlər, universitet ödənişləri, sağlamlıq sığortası, yataqxana, yaşayış, peşə və akademiya proqramları və gediş-gəliş uçuş biletləri tamamilə pulsuz olan dünyanın ən əhatəli təqaüd proqramıdır” – deyə, Səlçuk Karakılıç bildirib.

“Türkiyə Bursları” təqaüd proqramı üçün müraciətlər bir semestrdə qəbul ediləcək və müraciətlər – 20 Fevral tarixinədək hər ölkədən olan tələbələri əhatə edəcək.

Türkiyə universitetlərində tədris türk dilində olsa da, bununla belə, bəzi universitetlər ingilis və digər dillərdə tədris təklif edirlər. Bu cür proqramlarda təhsil almaq istəyən namizədlərin beynəlxalq səviyyədə tanınmış dil bilikləri sertifikatı olmalıdır. Namizədlər ərizə sistemində proqramları seçərkən tədris dilinə nəzər yetirə bilərlər.

 TƏLƏB OLUNAN SƏNƏDLƏR

Türkiyə Təqaüdləri Müraciət Sistemi (TBBS) vasitəsilə onlayn edilən müraciətlər üçün bütün namizədlərdən aşağıdakı sənədləri sistemə yükləmələri tələb olunur:

  • Keçərli şəxsiyyət sənədi, şəxsiyyət vəsiqəsi və ya pasport
  • Namizədin son 1 il ərzində çəkilmiş fotoşəkili
  • Milli imtahan nəticələri (varsa)
  • Diplom və ya müvəqqəti məzuniyyət sənədi
  • Akademik transkript
  • Seçilmiş universitet və ya proqram tərəfindən tələb olunarsa, beynəlxalq imtahan nəticələri (GRE, GMAT, SAT və s.).
  • Seçilmiş universitet və ya proqram tərəfindən tələb olunarsa, beynəlxalq dil imtahanı nəticələri TOEFL, DELF
  • Araşdırma mövzusu təklifinin və gördüyünüz işin yazılı nümunəsi (yalnız doktorantura müraciətləri üçün)
Nigar Məmmədova

Oxşar xəbərlər

Uçmaqdan çətinliklə xilas oldu: 4 nəfər yaralandı

Bugün TV

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin ədliyyə kapitanı döyüşdə iranlı rəqibinə qalib gəlib

Şükufə Ramizqızı

Prezident: “Ermənilər övladlarını Türkiyəyə və Azərbaycana nifrət ruhunda tərbiyə edirlər”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu