Dünya

İndoneziya şokdadır! Tələbələri daşıyan avtobus qəzaya düşüb: Çoxlu ölü və yaralı var

İndoneziyanın Qərbi Yava əyalətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində əksəriyyəti tələbələr olmaqla çox sayda insanın öldüyü və yaralandığı bildirilib.

Qərbi Yava əyalətinin polis sözçüsü Jules Abraham Abast verdiyi açıqlamada, aralarında orta məktəb şagirdləri və müəllimlərin də olduğu 61 nəfəri daşıyan avtobusun məzuniyyət şənliyindən sonra Bandunq bölgəsindən Depokdakı orta məktəbə qayıdarkən qəza törətdiyini bildirib.

Abast qeyd edib ki, idarəetmədən çıxan avtomobil zolaqları dəyişərək bir neçə avtomobilə, motosikletə və nəhayət işıq dirəyinə dəyib.

Qəzaya səbəb avtobusun əyləci ola bilər

Qəza nəticəsində 9 nəfərin hadisə yerində, 2 nəfərin isə aparıldıqları xəstəxanada dünyasını dəyişdiyini bildirən Abast, 53 nəfərin xəstəxanaya göndərildiyini, yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu bildirib.

“Biz hələ də qəzanın səbəblərini araşdırırıq, lakin ilkin araşdırmalar göstərir ki, avtobusun əyləcləri sıradan çıxıb”, – Abast bildirib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Google-dan imtina edildi: Qwant əsas axtarış sistemi olacaq

Aynur Camal

Tanzaniya və Rusiya ticarət və investisiya əməkdaşlığını genişləndirəcək

Aynur Camal

Tədqiqat: Meşə yanğınları daha az ərazini əhatə etsə də, vurduğu zərər artır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu