18 C
Baku
16 Oktyabr 2025, 11:45
Hadisə

İndoneziyada 84 seçki məmuru həddindən artıq işdən öldü

Bugun.tv xəbər verir ki, İndoneziyada prezident seçkilərindən sonra seçki komissiyalarının 84 üzvü yorğunluq və həddindən artıq işdən dünyasını dəyişib. Ölkənin səhiyyə naziri Budi Qunadi Sadikin bildirib. O, “Detik” portalına istinadən xəbər verib.

“İndiyədək ümumilikdə 84 nəfər dünyasını dəyişib”, – deyən nazir əlavə edib ki, ümumilikdə 4567 nəfərə yaxın seçki komissiyası üzvü həddən artıq işləmək səbəbindən müxtəlif xəstəliklərə və fəsadlara yoluxub.

2019-cu ildə İndoneziyada 91 seçki məmuru ölüb. Yüzlərlə insan xəstəxanaya yerləşdirilib. İndoneziya prezidenti Coko Vidodo ölənləri “demokratiya uğrunda döyüşənlər” adlandırıb. Bu hadisədən sonra ölkədə gələcəkdə seçki komissiyası üzvlərinin iş yükünün azaldılması üçün tədbirlər görülməsi qərara alınıb.

Mənbə lenta.ru

Müxbir Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Çəyirtkələr məhsuldarlığa ziyan vurdu

Kəmalə Sultan

Terror təşkilatı PKK/KCK-ya qarşı əməliyyat: 5 nəfər saxlanıldı

Kəmalə Sultan

Qeyri-qanuni miqrasiya ilə mübarizə əməliyyatı keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu