25 C
Baku
27 İyul 2024, 7:03
Hadisə

İndoneziyada 84 seçki məmuru həddindən artıq işdən öldü

Bugun.tv xəbər verir ki, İndoneziyada prezident seçkilərindən sonra seçki komissiyalarının 84 üzvü yorğunluq və həddindən artıq işdən dünyasını dəyişib. Ölkənin səhiyyə naziri Budi Qunadi Sadikin bildirib. O, “Detik” portalına istinadən xəbər verib.

“İndiyədək ümumilikdə 84 nəfər dünyasını dəyişib”, – deyən nazir əlavə edib ki, ümumilikdə 4567 nəfərə yaxın seçki komissiyası üzvü həddən artıq işləmək səbəbindən müxtəlif xəstəliklərə və fəsadlara yoluxub.

2019-cu ildə İndoneziyada 91 seçki məmuru ölüb. Yüzlərlə insan xəstəxanaya yerləşdirilib. İndoneziya prezidenti Coko Vidodo ölənləri “demokratiya uğrunda döyüşənlər” adlandırıb. Bu hadisədən sonra ölkədə gələcəkdə seçki komissiyası üzvlərinin iş yükünün azaldılması üçün tədbirlər görülməsi qərara alınıb.

Mənbə lenta.ru

Müxbir Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Şahin Vəliyevin cənazəsi Gəncəyə gətirilib

Aynur Camal

Çempionlar Liqasının fenomeni Eylül Öztürk səssizliyini pozdu!

Teymur Əziz

Mikroavtobus aşdı: 10 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu