23 C
Baku
30 Sentyabr 2026, 13:27
İndoneziya, həbsxana, məhbuslar, lüks mənzil, Cakarta, Cibinong həbsxanası, Ombudsman, araşdırma
Dünya

İndoneziyada məhbuslar üçün lüks mənzillər aşkarlandı

Bugun.tv xəbər verir ki, İndoneziyanın paytaxtı Cakarta yaxınlığındakı Cibinong həbsxanasında bəzi məhbusların istifadə etdiyi iddia olunan lüks mənzil tipli otaqlar aşkarlanıb.

Al Jazeera-nın məlumatına görə, hadisədən sonra həbsxananın rəhbəri də daxil olmaqla beş vəzifəli şəxs işdən müvəqqəti uzaqlaşdırılıb. Xüsusi bölmələr sentyabrın 23-də İndoneziya Ombudsmanının keçirdiyi qəfil yoxlama zamanı aşkar edilib.

Məlumata əsasən, həbsxananın ümumi kameralarından ayrı yerləşən 10-dan çox bölmədə kondisioner, böyük televizorlar, soyuducular, divanlar və yemək sahələri olub. Ərazidə idman zalı, tikilməkdə olan qolf simulyatoru və bahalı avtomobillərin də olduğu bildirilib.

İndoneziya rəsmisi Rudi Setiawan bildirib ki, hadisə ilə əlaqədar məhbuslar və həbsxana əməkdaşları dindirilib. Araşdırma zamanı bəzi məhbuslara digər şəxslərdən fərqli şərait yaradılıb-yaradılmadığı və bunun müqabilində pul alınıb-alınmadığı məsələsi də araşdırılır.

İndoneziya Ombudsmanı xüsusi şəraitlə bağlı materialları aidiyyəti qurumlara təqdim edib.

Mənbə: Al Jazeera

Aynur Camal

Oxşar xəbərlər

Dior Parisdə su üzərində yeni kolleksiyasını təqdim etdi

Aynur Camal

Göbələklərin elektrik siqnalları musiqiyə çevrildi

Aynur Camal

Dollar sentyabrı yüksəlişlə başa vurur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu