Kabo-Verde, Joze Mariya Neveş, prezident seçkiləri, Coana Roza, Qərbi Afrika, seçki nəticələri, siyasi proseslər, Afrika siyasəti
Dünya

Kabo-Verdedə prezident Joze Mariya Neveş ikinci müddətə yenidən seçildi

Bugun.tv xəbər verir ki, Qərbi Afrika sahillərində yerləşən ada dövləti Kabo-Verdedə keçirilən prezident seçkisinin ilkin nəticələrinə əsasən, hazırkı dövlət başçısı Joze Mariya Neveş ikinci beşillik müddətə yenidən seçilib.

“Associated Press” agentliyinin noyabrın 16-da yaydığı məlumata görə, Neveş səslərin 64 faizini toplayaraq beş rəqibini geridə qoyub. Onun əsas rəqibi, ölkə tarixində prezidentliyə namizəd olmuş ilk qadın Coana Roza isə 31,4 faiz səs əldə edib. Roza məğlubiyyətini qəbul edərək rəqibini təbrik edib.

Seçki kampaniyasında ölkədə yüksək işsizlik səviyyəsi, yaşayış xərclərinin artması və əhalinin xaricə köçməsi əsas müzakirə mövzuları olub.

Rəsmi məlumatlara görə, səsvermədə iştirak səviyyəsi 31,7 faiz təşkil edib. Neveş aşağı fəallığın səbəbləri arasında xaricə miqrasiya, ölkə daxilində əhali yerdəyişmələri və seçici siyahılarının yenilənməsinə ehtiyacı göstərib.

Qeyd edək ki, Kabo-Verdedə parlament idarəetmə sistemi mövcuddur. Prezident dövlət başçısı olsa da, icra hakimiyyətinin əsas səlahiyyətləri baş nazirə məxsusdur. Prezidentin qanunlara veto qoymaq və siyasi mübahisələrdə vasitəçilik etmək kimi səlahiyyətləri də var.

Mənbə: ApNews

Aynur Camal

Oxşar xəbərlər

ABŞ və daha 9 ölkə süni intellekt texnologiyalarının təhlükəsizliyi üzrə razılaşma imzalayıb

Aynur Camal

COP31-də iqlim sazişinin ilkin layihəsi hazırlanıb: fosil yanacaqlarla bağlı fikir ayrılığı qalır

Aynur Camal

Aİ ölkələri Ukraynada atəşkəs olmadan Rusiya ilə təhlükəsizlik danışıqlarını erkən hesab edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu