33 C
Baku
25 İyul 2025, 15:24
Baş xəbərDünya

İngiltərənin küçələri yanır! 400-ə yaxın adam saxlanılıb

İyulun 29-da İngiltərədə bıçaqlı hücumdan sonra baş verən zorakılıqda saxlanılanların sayı 378-ə yüksəlib.

İyulun 29-da İngiltərənin Southport şəhərində rəqs məktəbinə 3 qızın ölümü ilə nəticələnən bıçaqlı hücumdan sonra yayılan yalan məlumat nəticəsində küçələrdə zorakılıq davam edir.

Polis zorakılıqda iştirak edənlərin müəyyən edilməsi istiqamətində işlərin fasiləsiz davam etdiyini və saxlanılanların sayının artacağını bildirib.

 Böyük Britaniyanın baş naziri Keir Starmer polisin zorakılıq hallarına cavab verməsini təmin etmək üçün mütəxəssis polislərdən ibarət “daimi ordu”nun yaradıldığını elan edib.

 Şimali İrlandiyada parlament fasilə verib

Şiddətli insidentlərdən sonra Şimali İrlandiyada tətildə olan deputatlar yenidən parlamentə çağırılıb.

 Bir çox ölkələr səyahət xəbərdarlığı edib

Avstraliya, Malayziya və Nigeriya kimi ölkələr İngiltərədəki zorakılıqlara görə öz vətəndaşlarına səyahət xəbərdarlığı edib.

 Nə olub?

Southportda 3 uşağın öldüyü hücumdan sonra bəzi sosial media hesabları və xəbər saytları təcavüzkarın müsəlman qaçqın olduğu iddiasını yayıb.

Polis hücum edənin Uelsin paytaxtı Kardiffdə doğulmuş 17 yaşlı gənc olduğunu açıqlasa da, ifrat sağçı ekstremistlər müsəlmanlara və mühacirlərə qarşı aksiyalar həyata keçiriblər. Etirazlar İngiltərənin bir çox şəhərlərinə yayılıb.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Kraliça II Elizabetin vəfatı ilə əlaqədar Bakıda xatirə kitabı açılıb

Aynur Camal

“Azəriqaz” İB Sumqayıtda əməkdaşları ilə görüş keçirdi-FOTO

Nigar Məmmədova

Yüklü skuterin partlama anları

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu