Dünya

“Avropanın İsrailə dəstəyi bütün diplomatik kanalları bağladı”

İran xarici işlər nazirinin müavini Əli Baqiri bəyan edib ki, bəzi Avropa ölkələri İsrailin bölgədəki təcavüzünü pisləməyərək, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Təl-Əvivə qarşı təsirli və çəkindirici qərarlar qəbul etməsinə mane olmaqla faktiki olaraq bütün diplomatik kanalları bağlayıb.

İran Xarici İşlər Nazirliyinin yazılı açıqlamasına görə, Baqiri Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq ilə telefonla danışıb.

Görüşdə Bakıri İsrailin bölgədəki hücumlarını və HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda öldürülməsinin səbəbkarını açıqlayıb və bu sui-qəsdi “İranın milli suverenliyinə hücum” kimi qiymətləndirdiklərini bildirib.

Bəzi Avropa ölkələrinin İsrailin beynəlxalq hüquqa zidd terror aktlarına səssiz qaldığına diqqət çəkən Bakıri, “Bu vəziyyət Təl-Əvivdəki cinayətkar dəstənin təkəbbürünün güclənməsinə, bölgədə gərginlik və etibarsızlığın yayılmasına səbəb oldu” deyib.

Avstriyanın xarici işlər naziri Şallenberq bölgədəki gərginliklə bağlı narahatlığını dilə gətirib.

Şallenberq bəyan edib ki, bütün tərəflər təmkinli olmalı və gərginliyi azaltmaq üçün bütün diplomatik imkanlardan istifadə etməlidirlər.

İran xarici işlər nazirinin müavini Baqiri həmçinin deyib: Avropa tərəfi sionist rejimin açıq terror hücumlarını pisləməməklə və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bu rejimə qarşı təsirli və çəkindirici qərar qəbul etməsinə mane olmaqla, praktiki olaraq bütün diplomatik kanalları bağlayıb.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Zelenski: ABŞ Patriot raketlərinin birgə istehsalına siyasi razılıq verdi

Aynur Camal

SpaceX Starship ilə ilk yeni nəsil Starlink peyklərini sınaqdan keçirdi

Aynur Camal

UEFA-nın FİFA-nı boykotu baş tutarsa nə baş verəcək?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu