Image default
Dünya

İngiltərə təhlükəsizlik səbəbindən İrandakı diplomatik heyətini geri çağırdı

Bugun.tv xəbər verir ki, Böyük Britaniya hökuməti bölgədə təhlükəsizlik risklərinin artması səbəbindən İrandakı diplomatik heyətini müvəqqəti olaraq ölkədən çıxarıb.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bildirib ki, bu addım ehtiyat tədbiri kimi atılıb. Məlumata görə, Tehrandakı səfirlik fəaliyyətini məsafədən davam etdirəcək, lakin hazırda yerində konsulluq xidmətləri göstərilməyəcək.

Nazirlik qeyd edib ki, İranda olan və ya bu ölkəyə səfər etməyi planlaşdıran Britaniya vətəndaşlarına yardım imkanları hazırda çox məhduddur. Buna görə də vətəndaşlara İrana səfər etməmək tövsiyə olunub.

Açıqlamada həmçinin bildirilib ki, Böyük Britaniya və İran vətəndaşlığına malik şəxslər 90 günədək vizasız şəkildə İran–Türkiyə quru sərhədindən keçə bilərlər. Türkiyə üzərindən ölkəni tərk etməyi planlaşdıran Britaniya vətəndaşlarına isə əvvəlcədən Ankaradakı Böyük Britaniya səfirliyi və Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamaları tövsiyə edilib.

Qeyd edək ki, bu qərar ABŞ Prezidenti Donald Trampın İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə hücum edəcəyi təqdirdə Tehran da daxil olmaqla ölkənin infrastruktur obyektlərinə zərbələr endiriləcəyi barədə bəyanatından sonra qəbul edilib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

İran: ABŞ İrana qarşı ən qabaqcıl silahlarından istifadə edir

Aynur Camal

11- gündür ki, ABŞ-ın İrana zərbələri davam edir

Aynur Camal

Rusiya Müdafiə Nazirliyi: İki yaşayış məntəqəsi nəzarətə götürüldü, 808 PUA vuruldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu