22 C
Baku
19 Sentyabr 2024, 11:29
Baş xəbərDünya

İnsanın orta ömrü 160 ilə qədər arta bilərmi?

ABŞ-ın UC Merced Universitetinin tədqiqatçıları hüceyrələrdə protein istehsalını idarə edən OTUD6 adlı zülalın xərçəng və yaşlanmaya əhəmiyyətli təsir göstərə biləcəyini aşkar ediblər. Meyvə milçəkləri ilə aparılan araşdırmalardan sonra OTUD6 mutasiyasına malik milçəklər adi milçəklərdən iki dəfə çox yaşayıblar.

UC Merced Molekulyar və Hüceyrə Biologiyası Departamentinin professoru Fred Wolf və komandasının rəhbərlik etdiyi bu araşdırma, hüceyrələrin RNT-nin proteinə çevrilməsi prosesini necə tənzimlədiyini ortaya qoyur.

“Bu mexanizm stress, xərçəng və qocalma zamanı protein istehsalındakı dəyişikliklərdən məsul ola bilər” Wolf deyib.

Wolf və komandası meyvə milçəklərindən istifadə edərək OTUD6 zülalının funksiyasını araşdırıb. Meyvə milçəkləri genetik quruluşu asanlıqla dəyişdirilə bilən və tez çoxalda bilən model bir orqanizm olduqları üçün bu cür araşdırmalarda tez-tez üstünlük verilir.

Tədqiqatın aparıcı müəllifi Sammy Villanın töhfələri ilə OTUD6-nın hüceyrələrdə zülal istehsalını yüzdə 50 azaltdığı aşkar edilmişdir.

 Ömrün uzadılması və xərçəng araşdırması üçün yeni bir yol

Wolf, “OTUD6-nın hüceyrələrdə istehsal olunan zülalın miqdarına bu qədər təsir etdiyini görəndə təəccübləndik” deyib. Protein istehsalının azaldılması heyvanların ömrünü uzadır. “OTUD6 mutasiyasına malik olan milçəklər adi milçəklərdən iki dəfə çox yaşayıblar”, o əlavə edib.

Tədqiqatçılar OTUD6 zülalının xərçəng hüceyrələrinin böyüməsinə mümkün təsirlərini də araşdırırlar.

Məlumdur ki, OTUD6-nın bəzi növləri insanlarda xərçənglərdə daha yüksək səviyyədə olur.

Protein istehsalının artması xərçəng hüceyrələrinin böyüməsinə kömək edə bilər. Lakin tədqiqatçılar bu mövzuda hələ də birbaşa dəlil tapmadıqlarını vurğulayırlar.

Bu yeni kəşf zülal istehsalına nəzarət etməyin üçüncü yolunu ortaya qoyur. Wolf və komandası hüceyrələrin OTUD6 miqdarını necə tənzimlədiyini araşdırmağa davam edir.

Bu tədqiqat ömrü uzatmaq və xərçəng müalicələrinə yeni yanaşmalar inkişaf etdirmək vəd edir.

Tədqiqat insanlar üzərində təsirli olarsa, 80 il olan insanın orta ömrü 160 ilə qədər arta bilər.

Tədqiqat Nature Communications jurnalında dərc olunub.

Mənbə:  TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Çimərliklərdə sıxlıq davam edir

Bugün TV

Meşəlik ərazidə yanğın baş verdi

Bugün TV

Nike dəyişdirilə bilən ponço buraxdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu