6 C
Baku
15 Yanvar 2025, 6:47
Sosial

“İnstagram” istifadəçilərinə şad xəbər!

Bugun.tv xəbər verir ki,”Instagram”da daha bir yenilik həyata keçiriləcək – sındırılmış hesablar bərpa olunacaq. Bu sosial şəbəkə “Hesabım başqası tərəfindən ələ keçirildi” seçimini təqdim edib. Yeniləməyə, əsasən istifadəçilər artıq öz hesablarını hakerlərdən və zərərli proqramlardan daha effektli şəkildə qoruya biləcək. “Instagram” bunun üçün hesabınızın istifadəçi adını, qeydiyyatdan keçmiş telefon nömrənizi və ya e-poçt ünvanınızı tələb edəcək. Bu şərtləri düzgün yerinə yetirsəniz, hesabınıza yenidən daxil ola biləcəksiniz. “Instagram” hesabınıza girə bilməməyin stresli ola biləcəyini bilirik. Buna görə də istifadəçilərin hesablarını geri qaytarmaları üçün birdən çox seçimə malik olmasını təmin etmək istəyirik” deyə, yeniləmə ilə bağlı məlumatda qeyd olunub.

Nigar Məmmədova

Oxşar xəbərlər

Hicab haqqında yeni qərar çıxdı

Nigar Məmmədova

Elm və təhsil naziri Fransada səfərdədir

Aynur Camal

“Dünyada 3 milyona yaxın xəstə böyrək əvəzləyici müalicə alır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu