21 C
Baku
14 Sentyabr 2025, 4:36
Sosial

“İnstagram” istifadəçilərinə şad xəbər!

Bugun.tv xəbər verir ki,”Instagram”da daha bir yenilik həyata keçiriləcək – sındırılmış hesablar bərpa olunacaq. Bu sosial şəbəkə “Hesabım başqası tərəfindən ələ keçirildi” seçimini təqdim edib. Yeniləməyə, əsasən istifadəçilər artıq öz hesablarını hakerlərdən və zərərli proqramlardan daha effektli şəkildə qoruya biləcək. “Instagram” bunun üçün hesabınızın istifadəçi adını, qeydiyyatdan keçmiş telefon nömrənizi və ya e-poçt ünvanınızı tələb edəcək. Bu şərtləri düzgün yerinə yetirsəniz, hesabınıza yenidən daxil ola biləcəksiniz. “Instagram” hesabınıza girə bilməməyin stresli ola biləcəyini bilirik. Buna görə də istifadəçilərin hesablarını geri qaytarmaları üçün birdən çox seçimə malik olmasını təmin etmək istəyirik” deyə, yeniləmə ilə bağlı məlumatda qeyd olunub.

Nigar Məmmədova

Oxşar xəbərlər

Deputat Elnarə Akimova görüş keçirdi – FOTO

Aynur Camal

Hansı gigiyena qaydalarını bilmək vacibdir?

Nigar Məmmədova

E.Vəliyev: “104-185 saylı Çağrı mərkəzimiz də gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu