25 C
Baku
20 İyul 2025, 0:36
Baş xəbərTexnologiya

“İnstagram”dan növbəti yenilik gəlir!

Bugun.tv xəbər verir ki, “İnstaqram”da mesajları oxuduqdan sonra, “görülməmiş” kimi saxlamaq funksiya yox idi. Ancaq tezliklə mesajların məzmununa onları açmadan baxa biləcəksiniz!

Bəli, maraqlı gözlərdən yayınmaq və mesajları gizli oxumaq üçün bəzi əyləncəli fəndlər var. Hazırlanan yeni taktika ilə İnstagram mesajlarının məzmununa hətta onları açmadan da baxa bilərsiniz.

Əgər siz maraqlandığınız mesajı oxumadan görmək istəyirsinizsə, o zaman bəzi “hiylə”ləri sınaya bilərsiz. Öncə “İnstagram” mesaj bildirişlərini söndürün.

Çünki mesaj bildirişinə toxunduğunuzda o, oxunmuş kimi qeyd olunur və onu geri qaytarmaq mümkün deyil, qarşısını almağın isə bir yolu “İnstagram Direct” bildirişlərini söndürməkdir. Bunun üçün “İnstagram” proqramını açın və profilinizə keçin. Sonra menyu işarəsinə toxunun (üç şaquli xətt), parametrlərin üzərinə gəlib, bildirişlər seçin. Mesajlar bölümünə gəlib, sorğuları və mesajların altında Off-un yanındakı dairələri yoxlayın.

Mesajlarınızı oxumağa hazır olduğunuzda hər hansı mesaja toxunmazdan əvvəl gələnlər qutusunu açın və təyyarə rejimini yandırın.

Mənbə: Ensonhaber

Teymur Əziz

Oxşar xəbərlər

Gündəmə bomba kimi düşən iddia: Putin fevralın 24-də qələbəsini elan edəcək

Aynur Camal

Faylları Şəkil ilə Gizlətməyin Yolu

Teymur Əziz

Rusiya və Türkiyə prezidentləri görüşəcək

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu