Baş xəbər

İnterpolun axtarışında olan şəxs Moskvada saxlanıldı

Ukraynada qətl törətməkdə, Rusiyada qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən şəxs yaxalanıb. Bildirilir ki, o, Azərbaycan əsilli Cabbar Yusifidir.

Belə ki, Moskva Dairəvi Yolunda polisin əmrinə məhəl qoymayan sürücü avtomobili sürməkdə davam edib. Buna görə də, təqib başlayıb. O, avtomobilini yaşayış binasının həyətinə qoyub və qaçmağa başlayıb. Polislər onu saxlamaq üçün atəş açmağa məcbur olublar.

Bugun.tv-nin əldə etdiyi məlumata görə, saxlanılan şəxs İnterpol xətti ilə axtarışda olub.

“Bu şəxs Rusiyada qanunsuz odlu silah saxlama, Ukraynada isə qəsdən adam öldürmə maddəsi ilə axtarışdadır”, – mənbə bildirib. Xəbərə görə, saxlanılan şəxsin əlində tapança da olub.

Qeyd edək ki, Cabbar Yusifi daha əvvəl Gənclərin Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyətində çıxış edib. Pankration üzrə Rusiya çempionatının qalibi olub.

Mənbə:TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

12 ev yandı – FOTOLAR

Kəmalə Sultan

Bu həftə məktəblərdə qış tətili başlayacaq

Aynur Camal

Avtomobil piyadaları vurdu: 5 nəfər öldü, 1 nəfər yaralandı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu