Baş xəbərHadisə

İqlim dəyişikliyi 2100-cü ilə qədər on minlərlə bitki növünü yox edə bilər

Amerika və İngiltərə alimlərinin apardığı yeni araşdırmalar göstərir ki, iqlim dəyişikliyi əsrin sonunadək dünyada on minlərlə bitki növünün yox olmasına səbəb ola bilər.

Araşdırmalarda bildirilib ki, iqlim dəyişikliyinin təsirləri adətən heyvanlar üzərindən qiymətləndirilsə də, bitki aləmi üçün də ciddi təhlükə formalaşıb.

ABŞ-də aparılan tədqiqat zamanı alimlər kompüter modelləşdirməsi vasitəsilə Yer üzündəki bitki növlərinin təxminən 18 faizinin 2100-cü ilə qədər hansı risklərlə üzləşəcəyini araşdırıblar.

Nəticələrə görə, temperaturun yüksəlməsi, yağış və qar yağıntılarındakı qeyri-sabitlik səbəbindən bitki növlərinin 7 faizdən 16 faizədək hissəsi yaşayış mühitinin ən azı 90 faizini itirə bilər.

Mütəxəssislər xüsusilə Arktika, Aralıq dənizi hövzəsi, Avstraliya bölgələrində vəziyyətin daha kritik olduğunu bildirirlər. Araşdırma müəlliflərindən Xiaoli Dong qeyd edib ki, karbon emissiyalarının orta səviyyədə qalacağı halda bu, təxminən 35 mindən 50 minədək bitki növünün məhv olması deməkdir. Çirklənmə artarsa, bu rəqəmin daha da yüksələcəyi vurğulanır.

Eyni zamanda, İngiltərədə aparılan digər araşdırmada 335 mindən çox çiçəkli bitki növü təhlil olunub. Alimlər təxminən 10 min çiçəkli bitki növünün yox olmaq təhlükəsi ilə üz-üzə qaldığını müəyyən ediblər.

Hər iki tədqiqatın nəticələri Science jurnalında dərc olunub.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Aytac Hüseyinovadan yeni layihələr: “Bir Ümid” serialı və “Ev 47” filmi hazırlanır

Aynur Camal

Dəhşətli vulkan: 3 alpinist öldü, 10 nəfər itkin düşüb- VİDEO

Aynur Camal

Vulkan faciəsi: Dukono vulkanında 3 alpinist həyatını itirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu