23 C
Baku
9 İyun 2025, 22:22
Digər

İqlim fəalları Venesiyadakı “Böyük kanal”a rəngli maye tökdülər

İqlim fəalları kanallar şəhəri kimi tanınan Venesiyanın ən məşhur simvollarından biri olan “Böyük kanal”a yaşıl rəngli maye töküblər.

Bugun.tv xəbər verir ki, bu səbəbdən kanalın Rialto körpüsü yaxınlığındakı hissəsində suyun rəngi yaşıl olub. Bir qrup gənc bu addımla iqlim dəyişikliyi probleminə və dəniz səviyyəsinin yüksəlməsi səbəbindən şəhərin risk altında olduğuna diqqət çəkmək istəyib.

Aksiyaya görə, “Böyük kanal”da qayıqların hərəkəti müvəqqəti dayandırılıb. Kanala tökülən mayenin zərərsiz olduğu bildirilib.

Qeyd edək ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Venesiya romantik ab-havası ilə filmlərə, kitablara və sevənlərə ilham verən Avropa şəhəridir. “Dənizlər kraliçası” adlandırılan Venesiya bir-birindən 150 kanalla ayrılan 118 adada salınıb və adalar arasında 400-dək körpü var.

Venesiya dünyanın ən böyük turizm şəhərlərindən biridir. Adada yaşayan əhali cəmi 50 min nəfər olsa da, şəhəri hər il təxminən 20 milyonadək turist ziyarət edir.

İntizar Əmirova

Oxşar xəbərlər

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin adı dəyişdirilir

Sevinc Sadıqova

Sos! Satışda zərərli kərə yağları var!

Nigar Məmmədova

Prezident seçkiləri ilə əlaqədar “Sivil Toplum” Monitorinq Koalisiyası təsis edildi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu