5 C
Baku
26 Yanvar 2026, 21:07
Baş xəbərİqtisadiyyat

İqtisadçı deputat Vüqar Bayramov: İrandakı hadisələrin Azərbaycan iqtisadiyyatına təsirindən danışdı

İqtisadçı deputat Vüqar Bayramov İranda baş verən son hadisələr və BMT Təhlükəsizlik Şurasının bu ölkə ilə bağlı mümkün təcili iclası fonunda Azərbaycanın iqtisadi maraqlarına təsirləri barədə dəyərləndirmələrini öz sosial media hesabında paylaşıb.

Deputat bildirib ki, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi artsa da, bu əlaqələrdə ciddi mənfi saldo mövcuddur. Belə ki, 2024-cü ildə 648 milyon dollarlıq ticarət dövriyyəsinin 633 milyon dolları İrandan idxalın payına düşüb. 2025-ci ilin ilk 10 ayında isə 510 milyon dollarlıq dövriyyənin 502 milyon dolları idxal olub. Bu da Azərbaycanın İranla ticarətdə əsasən alıcı mövqedə olduğunu göstərir.

Vüqar Bayramovun sözlərinə görə, bu səbəbdən İranla ticarətdə yarana biləcək texniki və ya siyasi çətinliklərin Azərbaycanın ixracına ciddi təsiri gözlənilmir. Təsirlər əsasən İrandan idxal edilən bəzi ərzaq, sənaye və tikinti məhsullarının azalması ilə özünü göstərə bilər.

Deputat vurğulayıb ki, İran Azərbaycanın ümumi idxalının cəmi 3 faizini, ərzaq idxalının isə 2,7 faizini təşkil edir. Buna görə də idxalın azalması daxili bazarda ciddi tarazlıq problemi yaratmayacaq. Bununla belə, mövcud geosiyasi şərait idxal bazarlarının diversifikasiyasını və asılılığın azaldılmasını daha da vacib edir.

Aynur Camal

Oxşar xəbərlər

Ermənistan Azərbaycanın COP17-də iştirakı üçün tezliklə rəsmi dəvət göndərəcək

Aynur Camal

“Azərbaycan dilinin saflığının qorunmasına nəzarət” mövzusunda görüş keçirildi

Aynur Camal

Pensiya kapitalı nə qədər artırılacaq? Rəsmi rəqəm elan olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu