İqtisadiyyat

“İqtisadiyyat Müsabiqəsi 2026”nın qalibləri mükafatlandırılıb

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov özünün sosial media hesabında “İqtisadiyyat Müsabiqəsi 2026”nın nəticələrinin elan olunması və sertifikatların təqdimatı mərasimində iştirak etdiyini bildirib.

Deputat qeyd edib ki, tədbir Safran Hotelində Elm və Təhsil Nazirliyinin əməkdaşları, Milli Məclisin deputatları, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) rəsmiləri, eləcə də ölkənin müxtəlif bölgələrindən olan yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilib.

Paylaşımda bildirilib ki, mərasim çərçivəsində müsabiqənin məktəb, regional və milli mərhələləri üzrə nəticələr təqdim olunub, ölkə üzrə Top 10 finalçı və Top 3 qalib müəyyən edilib. Həmçinin Yunanıstanda keçiriləcək beynəlxalq final mərhələsində Azərbaycanı təmsil edəcək şagirdlər rəsmi şəkildə təqdim olunaraq sertifikatlarla təltif ediliblər.

Vüqar Bayramov vurğulayıb ki, “İqtisadiyyat Müsabiqəsi” gənclər arasında iqtisadi savadlılığın artırılması, analitik və tənqidi düşüncə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də gələcəyin iqtisadçılarının yetişdirilməsinə töhfə verən mühüm təhsil təşəbbüsüdür.

Deputat layihənin həyata keçirilməsinə verdiyi töhfəyə görə EFI – Economics for Initiative komandasına təşəkkürünü bildirib. O, eyni zamanda tədbirin yüksək səviyyədə təşkilinə göstərilən dəstəyə görə Safran Hotel və Smart Hotels Group kollektivinə minnətdarlığını ifadə edib.

Vüqar Bayramov bütün iştirakçılara təşəkkür edib, qalibləri təbrik edərək beynəlxalq final mərhələsində Azərbaycanı təmsil edəcək şagirdlərə uğurlar arzulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Avropa güclü istilər və dağıdıcı tufanlarla üzləşdi

Aynur Camal

Vüqar Bayramov: Yükdaşımaların iki dəfə artırılması Azərbaycana ildə 7 milyard manata yaxın gəlir qazandıra bilər

Aynur Camal

İlham Əliyev Ərəb Koordinasiya Qrupunun nümayəndə heyətini qəbul etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu