İran, ABŞ, MQ-9 Reaper, pilotsuz uçuş aparatı, Hörmüz boğazı, Fars körfəzi, SEPAH, İran-ABŞ müharibəsi
Dünya

İran ABŞ-a məxsus MQ-9 Reaper pilotsuz uçuş aparatını vurduğunu açıqladı

Bugun.tv xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı üzərində ABŞ-a məxsus MQ-9 Reaper tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.

İran tərəfinin məlumatına görə, uzunmənzilli ABŞ PUA-sı SEPAH-ın müasir hava hücumundan müdafiə sistemlərindən buraxılan raketlərlə hədəfə alınıb. Bildirilir ki, vurulan aparat daha sonra Fars körfəzinə düşüb.

Bu hadisə ABŞ-ın Hörmüz boğazı yaxınlığındakı Lark adasına iki zərbə endirməsindən sonra baş verib. SEPAH ABŞ-ın hücumlarına cavab olaraq İordaniyada ABŞ qüvvələrinin istifadə etdiyi Muvaffaq Salti və Kral Hüseyn hava bazalarına ballistik raketlərlə zərbələr endirdiyini bildirib.

ABŞ-a məxsus MQ-9 Reaper PUA-larının müharibə zamanı itkiləri ilə bağlı daha əvvəl də məlumatlar yayılıb. “Washington Post” qəzetinin 13 avqust tarixli məlumatında ABŞ-ın İranla müharibə zamanı, xüsusilə Hörmüz boğazı ətrafında istifadə etdiyi MQ-9 Reaper aparatlarından ən azı 45-ni itirdiyi bildirilmişdi.

ABŞ rəsmilərinə istinadən yayılan məlumatda bu rəqəmin ABŞ-ın MQ-9 Reaper parkının təxminən 25 faizinə bərabər olduğu qeyd edilmişdi.

Mənbə:  Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

Tramp Ontario gölünün adını “Amerika gölü” olaraq dəyişdirmək üçün fərman imzaladı

Aynur Camal

Misir kraliçasına məxsus 683 brilyantlı boyunbağı Vyanada oğurlanıb

Aynur Camal

Rusiya Ukraynada hər ay cəlb edə bildiyindən 6 min daha çox əsgər itirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu