İran ABŞ münasibətləri, İranın nüvə proqramı, ABŞ sanksiyaları, Qətərin vasitəçiliyi, nüvə danışıqları, dondurulmuş aktivlər, Hörmüz boğazı, Yaxın Şərq münaqişəsi
Dünya

İran ABŞ-a nüvə proqramı ilə bağlı yeni təklif göndərdi

İran ABŞ-la nüvə proqramı üzrə danışıqların bərpası üçün yeni təklif irəli sürüb. Tehran təklifi Qətər vasitəsilə Vaşinqtona çatdırıb və danışıqların davam etdirilməsini bir sıra şərtlərin yerinə yetirilməsi ilə əlaqələndirib.

Bugun.tv xəbər verir ki, İranlı yüksək vəzifəli rəsmi Reuters agentliyinə açıqlamasında ABŞ-ın hazırda təklifi nəzərdən keçirdiyini bildirib. Mənbə təklifin detalları barədə əlavə məlumat verməyib.

Rəsminin sözlərinə görə, Tehran danışıqların davamı üçün Vaşinqtondan yeddi tələbin yerinə yetirilməsini gözləyir. İranın əsas şərtləri sırasında ABŞ-ın tətbiq etdiyi sanksiyaların ləğvi, xaricdə dondurulmuş İran aktivlərinin geri qaytarılması və müharibə ilə bağlı təzminatların ödənilməsi yer alır.Hörmüz boğazı məsələsi də şərtlər arasındadır

İranın ali təhlükəsizlik rəsmisi Möhsün Rzayi Rusiyaya səfəri zamanı bildirib ki, ABŞ Tehranın irəli sürdüyü tələbləri yerinə yetirməyənədək İran nə danışıqlara başlayacaq, nə də Hörmüz boğazını açacaq.

Digər tərəfdən, Vaşinqton nüvə məsələlərinin istənilən ilkin danışıqların əsas mövzularından biri olmasında israr edir.

Qətərin vasitəçiliyi ilə aparılan diplomatik təmaslar ABŞ və İran arasında münaqişənin yenidən alovlanması ehtimalının artdığı bir vaxtda davam edir. Tərəflər arasında razılaşmanın əldə olunub-olunmayacağı hələlik məlum deyil.

İran ABŞ münasibətləri, İranın nüvə proqramı, ABŞ sanksiyaları, Qətərin vasitəçiliyi, nüvə danışıqları, dondurulmuş aktivlər, Hörmüz boğazı, Yaxın Şərq münaqişəsiMənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Onilliklər sonra exidnalar yenidən tapılıb

Aynur Camal

Yəmənin Taiz şəhərində zibil böhranı: sakinlər tullantıları yandırmağa məcbur qalır

Aynur Camal

Tayvanda Panasonic zavodunda yanğın: iki nəfər öldü, beş nəfər yaralandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu