25 C
Baku
23 İyun 2025, 14:18
Dünya

İran ABŞ-a reaksiya verdi: Zənginləşdirmə yox, razılaşma yoxdur

İranın ali dini lideri Əli Xamneyinin ardınca xarici işlər naziri Abbas Arakçi də ABŞ-a sərt çağırış edib. Arakçı ABŞ-ın uranın sıfır zənginləşdirilməsi tələbindən geri çəkilməyəcəklərini bildirib.

İranın xarici işlər naziri Abbas Ərakçi sosial media hesabından ABŞ və ABŞ-la aparılan nüvə danışıqlarının İranda uranın zənginləşdirilməsi fəaliyyətlərini dayandırması ilə bağlı açıqlamalar verib. ABŞ-ın uranın sıfır zənginləşdirilməsi tələbindən geri çəkilməyəcəklərini bildirən Arakçı, “İran bu gücə çatmaq üçün ağır bədəl ödədi. Biz bu arzusunu reallaşdıran vətənpərvərlərdən heç vaxt vaz keçməyəcəyik. Bir daha vurğulayaq. Zənginləşdirmə yoxdursa, razılaşma da yoxdur. Nüvə silahı yoxdursa, razılaşma var” deyib.

Arakçi, “Yalnız bir neçə ölkə nüvə reaktorlarını işlətmək qabiliyyətinə malikdir. Çünki bu tutum təkcə böyük maliyyə qaynaqları və siyasi iradə deyil, həm də güclü sənaye infrastrukturu və təlim keçmiş insan qaynağı təmin edəcək texnoloji və akademik struktur tələb edir. Bu gücü əldə etmək üçün ağır qiymətlər ödənildi və bundan imtina edilməyəcək” deyib.

XAMENEY NƏ DEDİ?

İranın Dini Lideri Əli Xamenei, “ABŞ-ın nüvə məsələsində təqdim etdiyi plan “biz bunu edə bilərik” anlayışına yüz faiz ziddir. Milli müstəqillik o deməkdir ki, bir ölkə ABŞ və buna bənzər ölkələrdən yaşıl və ya qırmızı işığı gözləməməlidir”.

Xamneyi “nüvə sənayesinin” ölkəsi üçün əhəmiyyətinə toxunduğu bəyanatını bu sözlərlə davam etdirib: İran böyük səylərdən sonra nüvə yanacaq dövrəsini tamamlaya bilib. Nüvə sənayesi təkcə enerji məqsədləri üçün deyil. Nüvə sənayesi əsas sənayedir. Nüvə sənayesi bir çox elmi sahələrə təsir göstərir. Uranın zənginləşdirilməsi nüvə probleminin açarıdır. Amerikalıların əsas ritorikası ondan ibarətdir ki, bizdə nüvə texnologiyası yoxdur. Radiofarmasevtikada (nüvə texnologiyası ilə istehsal olunan dərman) və digər nüvə əsaslı elmlərdə “Bizə ehtiyacınız var” deyirlər. ABŞ-ın kobud və təkəbbürlü liderlərinin istədiyi də budur. ABŞ-ın cəfəngiyyatına cavabımız aydındır. Bununla bağlı heç nə edə bilməzlər”.

ABŞ və İran danışıqları

İran və ABŞ arasında aparılan nüvə danışıqları çərçivəsində ABŞ administrasiyası mayın 30-da Oman vasitəsilə Tehrana məktub göndərərək uranın zənginləşdirilməsi təklifini irəli sürüb və bu təklifin məqbul olduğunu bildirib. Ağ Evin sözçüsü Karolin Leavitt verdiyi açıqlamada ABŞ prezidenti Donald Trampın İranla bağlı mövqeyinin aydın olduğunu və bu təklifdə uranın zənginləşdirilməsi hüququnun olmadığını bildirib.

Tramp isə sosial media hesabında etdiyi paylaşımda “Uran zənginləşdirmə çoxdan dayandırılmalı idi. İranla potensial razılaşmamızın bir hissəsi olaraq uranın zənginləşdirilməsinə icazə verməyəcəyik” deyib.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Avropa İttifaqı Nigeriyaya terrorla mübarizə üçün 300 milyon avro qrant verir

Aynur Camal

Kolumbiyada Şakiranın altı metrlik abidəsi ucaldıldı

Aynur Camal

Los-Ancelesdə yanğın niyə başladı? Səbəb ‘yenidən şiddətlənmə’ ola bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu