İran ABŞ, İsrail, Hizbullah, Livanın cənubu, Əli əl-Tahir yüksəklikləri, Yaxın Şərq gərginliyi, İran-İsrail qarşıdurması, regional müharibə
Dünya

İran ABŞ-a xəbərdarlıq etdi: İsrailin Livanın cənubundakı hücumu geniş müharibəyə səbəb ola bilər

Bugun.tv xəbər verir ki, İran ABŞ-a İsrailin Livanın cənubunda Hizbullahın nəzarətində olan strateji yüksəklik ərazisinə genişmiqyaslı hücum həyata keçirəcəyi təqdirdə ciddi cavab verəcəyini bildirib.

Reuters-in yazdığına görə, Tehran bu mesajı avqustun ortalarında Oman vasitəsilə Vaşinqtona çatdırıb. İran İsrailin Livanın cənubundakı Əli əl-Tahir yüksəkliklərinə tammiqyaslı hücum təşkil edəcəyi halda buna genişmiqyaslı cavab verəcəyini bildirib. Məlumata əsasən, ərazidə İran İnqilab Keşikçiləri və Hizbullah döyüşçülərinin olduğu bildirilir.

Əli əl-Tahir yüksəklikləri İsrail-Livandakı qarşıdurmanın əsas gərginlik nöqtələrindən birinə çevrilib. Təxminən 600 metr yüksəklikdə yerləşən ərazi strateji mövqeyə malikdir və burada Hizbullahın yeraltı komanda məntəqələri və silah infrastrukturu olduğu ehtimal edilir.

Reuters-in məlumatına görə, İsrail son aylarda bölgədə hava zərbələri və hərbi əməliyyatlar həyata keçirib. Hizbullah isə İsrail tərəfindən ciddi hücum olacağı təqdirdə qarşıdurmanın genişmiqyaslı müharibəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

Hazırda tərəflər arasında gərginlik davam edir və Əli əl-Tahir yüksəklikləri daha geniş regional qarşıdurmanın yeni ocağına çevrilə biləcək ərazilərdən biri hesab olunur.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Coca-Cola zavodunda güclü yanğın baş verdi

Aynur Camal

Dünyada ilk dəfə yaşlı insanların sayı 5 yaşadək uşaqların sayını ötdü

Aynur Camal

Finlandiyada Soyuq müharibədən bəri Avropanın ən böyük mülki müdafiə təlimi keçirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu