Image default
Dünya

İran: ABŞ-ın son hücumlarında 30-dan çox mülki şəxs həlak oldu

İran hökuməti ABŞ-ın ölkənin cənub bölgələrinə son günlər endirdiyi zərbələr nəticəsində 30-dan çox mülki şəxsin həyatını itirdiyini açıqlayıb.

Bugun.tv xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani sosial media hesabında paylaşım edib.

Mühacirani bildirib ki, son hücumlar nəticəsində çoxsaylı mülki vətəndaş həlak olub və hökumət həyatını itirənlərin ailələrinin yanında olduğunu vurğulayıb.

İran rəsmisinin sözlərinə görə, zərbələrin endirildiyi cənub bölgələri ölkənin iqtisadi və strateji baxımdan mühüm əraziləri hesab olunur. O, həmin bölgələri İranın “ürəyi və həyat damarı” adlandırıb.

ABŞ tərəfi isə hücumlarla bağlı hələlik rəsmi açıqlama verməyib. Bölgədə artan hərbi gərginlik fonunda beynəlxalq ictimaiyyət tərəfləri təmkinli olmağa və münaqişənin daha da dərinləşməsinin qarşısını almağa çağırır.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Ukrayna: Rusiya 2022-ci ildən bəri yüzlərlə hərbi əsiri edam edib

Aynur Camal

ABŞ alimi Çində casusluq ittihamı ilə 18 aydır həbsdə saxlanılır

Aynur Camal

ABŞ ilk dəfə döyüşdə dəniz dronlarından istifadə etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu