İran
Baş xəbərSiyasət

İran–ABŞ nüvə danışıqları başladı: görüşlər Omanda keçirilir

İran ilə ABŞ arasında nüvə proqramı ilə bağlı danışıqlar Omanın paytaxtı Maskatda yenidən başlayıb. Görüşlər İsrail və ABŞ-nin 2025-ci ilin iyununda İrana qarşı hücumlarından sonra dayandırılmışdı.

Məlumata görə, danışıqlar Oman xarici işlər naziri Bədr bin Həməd əl-Busaidinin vasitəçiliyi ilə keçirilir.

İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, ABŞ tərəfinə isə ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir.

Görüşlərdə İran tərəfdən xarici işlər nazirinin müavinləri və rəsmi nümayəndələr iştirak edir. ABŞ heyətində isə Uitkoffla yanaşı Trampın müşaviri və kürəkəni Cared Kuşnerin də yer aldığı bildirilir.

Danışıqlarda əsas mübahisə mövzuları uranyum zənginləşdirilməsi və İranda saxlanılan yüksək səviyyədə zənginləşdirilmiş uranyum ehtiyatlarının ölkədən çıxarılmasıdır.

İran sanksiyaların ləğvini tələb edir, ABŞ isə uranyum zənginləşdirilməsinin tam dayandırılmasını və ehtiyatların xaricə çıxarılmasını istəyir.

Bundan əlavə, ABŞ İranın raket proqramı və regiondakı silahlı qruplara dəstəyi məsələsini də gündəmə gətirməyə çalışır. İran isə nüvə proqramından kənar mövzuların müzakirə olunmayacağını dəfələrlə bəyan edib.

ABŞ mətbuatı həmçinin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Kuperin danışıqlara qatılmaq üçün Omanda olduğu barədə məlumat yayıb.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan qarşılıqlı müdafiə sazişi imzaladı

Aynur Camal

Prezident İlham Əliyev Media və Yayım Şurası ilə bağlı fərmanı təsdiqlədi

Aynur Camal

“Media haqqında” qanunlara dəyişiklik qəbul edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu