Dünya

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

İranın xarici işlər naziri Abbas Əraqçi Oman paytaxtı Maskatda Oman vasitəçiliyi ilə keçirilən İran-ABŞ nüvə danışıqlarından sonra açıqlama verib. Nazir bildirib ki, danışıqlar ümumilikdə müsbət atmosferdə başlayıb, lakin ABŞ-a qarşı dərin etimadsızlıq prosesin qarşısında ən böyük maneə olaraq qalır.

Əraqçinin sözlərinə görə, görüşlər gün ərzində bir neçə sessiya şəklində keçirilib və tərəflər qarşılıqlı mövqelərini təqdim ediblər. O vurğulayıb ki, İranın əsas hüquqları və milli maraqları danışıqlarda açıq şəkildə ortaya qoyulub.

Nazir danışıqların “ümidverici başlanğıc” olduğunu qeyd edərək, prosesin davamının tərəflərin öz paytaxtlarında aparacağı məsləhətləşmələrdən sonra müəyyənləşəcəyini bildirib.

Abbas Əraqçi həmçinin müzakirələrin davam etdirilməsi ilə bağlı tərəflər arasında razılıq əldə olunduğunu açıqlayıb.

Məlumata görə, İran və ABŞ arasında nüvə danışıqları 12 gün davam edən müharibədən sonra yenidən bərpa olunub. Tərəflər arasında əsas mübahisə mövzuları uranın zənginləşdirilməsi, yüksək zənginləşdirilmiş uranın ölkədən çıxarılması və sanksiyaların ləğvi məsələləridir.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Nadir torpaqlar təchizatı üçün ABŞ, Yaponiya və Avropa əməkdaşlıq edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu