BBC-yə istinadən verilən məlumata görə, fevralın 10-da Ərəbistan dənizində İsrailin azı bir gəmisinə hücum olub. Hücum İran tərəfindən həyata keçirilib.
Britaniyanın “Ambrey Intelligence” adlı dənizdə təhlükəsizlik üzrə şirkəti Ərəbistan dənizində üç gəminin pilotsuz uçuş aparatları tərəfindən hücuma məruz qaldığını bildirib. Şirkət hücumun arxasında Tehranın olduğunu güman edir.
İsrail gəmisinə dronla hücumu SEPAH qüvvələri həyata keçirib.
Medianın məlumatına görə, SEPAH Fars körfəzində israilli iş adamı Eyal Oferə məxsus “Campo Square” tankerinə “Şahed” dronlarını buraxıb. Pentaqon və digər mənbələr bu məlumatı təsdiqləyib.
Yaxın Şərqdəki hərbi mənbələrə əlavə olaraq, ABŞ ordusu ötən cümə günü hücumda “Şahed” dronundan istifadə edildiyini bildirib.
Eyni bölgədə “Pacific Zicron” və “Mercer Street” tankerlərinə də hücum edildiyi qeyd edilib.
Səudiyyə Ərəbistanı xəbər agentliyi eyni bölgədə BƏƏ-yə məxsus gəmiyə də oxşar hücumun həyata keçirildiyini bildirib. Mənbə: Azad İran