Baş xəbərHadisə

İran mediası: “Ordu şimal-qərb sərhədinə qoşun yeridir”

Bugun.tv xəbər verir ki, İran İnqilabı Keşikçiləri Korpusu ölkənin şimal-qərbindəki İraq sərhədinə hərbi qüvvələr yerləşdirir.

İran İnqilab Keşikçiləri Ordusuna yaxınlığı ilə tanınan Təsnim Xəbər Agentliyi İraq Kürd Regional Rəhbərliyinin (KRG) sərhədinin yerləşdiyi bölgəyə hərbi yüklərin görüntüsünü dərc edib. Videoda bölgəyə tanklar və uzaqmənzilli artilleriya göndərildiyi görünür.

Xəbərdə İraq sərhədlərinə hərbi texnikanın İran əleyhinə olan təşkilatların tərksilah edilməsinə dair Bağdad və Tehran arasında imzalanan razılaşmanın yekun tarixi olan 19 sentyabr ərəfəsində aparıldığı bildirilib.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Rusiyada dron təhlükəsi: Azərbaycan-Rusiya reysləri də risk altında – xarici aviaşirkət uçuşları dayandırdı

Aynur Camal

Vüqar Bayramov: Azərbaycan süni intellekt və rəqəmsal texnologiyalar üzrə regional mərkəzə çevrilə bilər

Aynur Camal

Araşdırma: Çox kofein qəbul edənlər daha az, amma daha dərin yata bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu